BAKI, 5 iyun. TELEQRAF

Mərkəzi Bank 2024-cü ilin 31 dekabr tarixinə olan konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatını açıqlayıb.

Teleqraf sənədə əsasən xəbər veri ki, 2024-cü ilin sonuna Mərkəzi Bankın ümumi aktivləri 36 milyard 519 milyon 931 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə (34 milyard 793.463 milyon manat) 1 milyard 726 milyon manat artım deməkdir.

Bankın ümumi öhdəlikləri 2024-cü ilin sonunda 34 milyard 522.896 milyon manat olub. 2023-cü ilin sonuna bu rəqəm 33 milyard 239.248 milyon manat idi.

Mərkəzi Bankın ümumi kapitalı isə 2024-cü ilin sonunda 1 milyard 997.035 milyon manata çatıb. Bu göstərici isə ötən il 1 milyard 554.215 milyon manat idi.