BAKI, 2 iyun. TELEQRAF

Tibet yaylasında həcmi 20 milyon tondan artıq ehtimal edilən mis yatağı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan məqalədə qeyd edilir.

Nəşr xatırladıb ki, elektronika, memarlıq, nəqliyyat və enerji infrastrukturunda istifadə olunan mis güclü təchizat zəncirləri qurmaq istəyən ölkələr üçün əvəzolunmaz sərvətdir.

Kəşf Çinin beynəlxalq təchizatçılardan asılılığını azaldacaq və metal qiymətləri ilə bağlı danışıqların gedişatını dəyişdirəcək.