BAKI, 27 may.TELEQRAF
2024-cü ilin sonuna mövcud olan debitor borc 22 sifarişçi üzrə 188,6 milyon manat məbləğində olub.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və icrasına dair illik hesabata verdiyi rəydə qeyd olunub.
Bildirilib ki, bu məbləğin 31,3 milyon manatı isə 4 sifarişçi üzrə hesabat ilində istifadə olunmayan vəsaitin akkreditiv hesaba köçürülməsi nəticəsində yaranıb.
Belə ki, 1 məxfi qurum üzrə 28,7 milyon manat vəsait, "Azərenerji" ASC üzrə 7,4 milyon manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə 4,6 milyon manat və "Baku Bus" MMC üzrə 0,2 milyon manat vəsait ilin sonuna akkreditiv hesaba köçürülüb.
Debitor borcun 53,4%-i isə 3 əsas sifarişçi üzrə formalaşıb. Bunların içərisində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 48,7 milyon manat (25,8%), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 28,0 milyon manat (14,8%) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 23,97 milyon manat (12,7%) borcla diqqət çəkir.