BAKI, 27 may. TELEQRAF
Bu il mayın 1-nə olan göstəriciyə görə, Azərbaycanda banklar tərəfindən toplam 29 milyard 898,8 milyon manat kredit verilib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 502,6 milyon manat olub. Aprelin 1-nə bu rəqəm 481,6 milyon manat olub.
Əlavə olaraq, cəmi kredit qoyuluşunun 1 milyard 258,1 milyon manatı dövlət sektorunun payına düşüb ki, bu da portfelin 4,3 faizi deməkdir.
Qeyri-dövlət sektoruna ayrılan kreditlər 28 milyard 138,1 milyon manat həcmində olub. Beləliklə, portfelin 95,7 faizi qeyri-dövlət sektoruna yönəldilib.
O cümlədən, ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi isə 17 milyard 587,9 milyon manat olub.