BAKI, 23 may. TELEQRAF
Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhərində transformator məntəqəsinin tikintisi üçün 2 milyon manatlıq açıq tender elan edib.
Teleqraf xəbər verir ki, şəhərinin 2-ci mərhələ yaşayış məhəllələri üzrə transformator məntəqəsinin tikinti-quraşdırma işlərinin satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 2 milyon 547 manatdır.
Təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 1-nə təyin olunub.