BAK, 23 may. TELEQRAF
Əmanətlərin Sığortalanması Fonduna verilmiş kreditlərin məbləği 31 dekabr 2024-cü il tarixinə 163,945 min manat təşkil edib.
Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə (216,419 min manat) əhəmiyyətli azalma deməkdir.
2024-cü ildə 67,5 milyon manat əsas borcun geri ödənilməsi baş tutub. Bu borcun hesablanmasında 6.25% illik faiz dərəcəsi tətbiq olunub.
Əlavə olaraq, 2024-cü ildə faiz gəlirləri 12,927 min manat təşkil edib, effektiv faiz metodu ilə hesablanmış faiz gəliri isə 2,101 min manat olub.
Fondun maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi üzrə dəyişiklik qeydə alınmayıb. Müvafiq dövr üzrə ümumi balans dəyişikliklərinə əsasən 1 yanvar 2024-cü il tarixində kredit qalığı 216,584 min manat təşkil edib. Dövr ərzində 67,500 min manat geri ödənilib. 12,927 min manat faiz gəliri hesablanıb və 2,101 min manat effektiv faiz metodu ilə gəlir tanınıb. Nəticədə 31 dekabr 2024-cü il tarixinə kredit qalığı 164,112 min manata düşüb.