BAKI, 21 may. TELEQRAF
Dövlət Turizm Agentliyi “ITB China 2025” sərgisində sahə icarəsi üçün “MB Exhibitions (Shanghai) Co.,Ltd.” şirkətilə razılaşıb.
Teleqraf xəbər verir ki, müqaviləyə əsasən,agentlik icarə haqqı üçün şirkətə 133 min 113 manat vəsait ödəyəcək.
Xatırladaq ki, tenderin ilkin ehtimal olunan qiyməti 219 min 331 manat idi.
Müvafiq işlərin icra edilməsinə mayın 1-dən başlanılıb, noyabra qədər bitməyi planlaşdırılır.
Qeyd edək ki, sərgi mayın 27-29-da Çinin Şanxay şəhərində keçiriləcək.