BAKI, 30 aprel. TELEQRAF
"İnnovasiya Və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi "AZFAR MED" QSC ilə 1 illik müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, qurum xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan sərfiyyat mallarının alınması üçün "AZFAR MED" QSC ilə razılıq əldə edib. Bunun qarşılığında QSC-yə 28.508.475,5 manat vəsait ödəyəcək.
Tenderin ilkin qiyməti isə 28.543.939,22 AZN təşkil edib.
Qeyd edək ki, müvafiq işlərin görülməsinə aprelin 28-də başlanılıb, gələn ilin aprelin 28-ə qədər bitməsi planlaşdırılır.