BAKI, 22 aprel. TELEQRAF

Beynəlxalq Valyuta Fondu Azərbaycanda işsizlik səviyyəsinin 2024-cü ildəki 5,4%-dən 2025-ci ildə 5,3%-ə qədər azalacağını proqnozlaşdırır.

Teleqraf xəbər verir ki, qurum 2025-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 7,8%-i səviyyəsində proqnozlaşdırır.

2026-cı ildə bu göstərici ÜDM-in 4,1%-nə qədər azalacaq. 2025-ci il üçün proqnoz dəyişməz qalıb, 2026-cı il üçün gözləntilər isə 0,8 faiz bəndi azaldılıb.

Fondun proqnozlarına görə, 2027-ci ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,3%-ni təşkil edəcək.