BAKI, 22 aprel. TELEQRAF

Ötən il Hesablama Palatasının gəlirləri 9,991 milyon manat, xərcləri isə 9,543 milyon manat təşkil edib. Beləliklə palata əvvəlki ilə nisbətən 14,1% çox gəlir əldə edib, 8,4% çox vəsait xərcləyib.

Teleqraf xəbər verir ki, qurum 2024-cü ili 448 min manat mənfəətlə başa vurub.

Palatanın aktivləri 6,217 milyon manat olub ki, bu da illik müqayisədə 7,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 19,4% azalaraq 24 min manata düşüb.