BAKI, 21 aprel. TELEQRAF

Azərbaycanda bu ilin birinci rübündə 2485,8 ton çay istehsal edilib.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 445,6 kq azdır.

2024-cü ilin birinci rübündə 2931,4 ton çay idxal edilmişdi.

Əvəzində çay idxalı artıb. Belə ki, bu ilin birinci rübündə çay idxalı 2024-cü ilin uyğun dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 4 134.23 ton olub.

2024-cü ilin birinci rübündə 2 366.61 ton çay idxal edilmişdi.