BAKI, 21 aprel. TELEQRAF

Milli Depozit Mərkəzi “Elektron müraciət sistemi”ni istifadəyə verib.

Mərkəzdən Teleqraf-a verilən məlumata görə, bu sistem vasitəsilə müraciətlərin daha sürətli və rahat şəkildə reallaşdırılması təmin edilib.

“Elektron müraciət sistemi”ndə təqdim olunan məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədilə gücləndirilmiş rəqəmsal imza vasitələri tətbiq olunub.

Müraciət edənlər “Elektron müraciət sistemi”nə https://e-mdm.gov.az/ link vasitəsilə keçid edə bilərlər.