BAKI, 21 aprel. TELEQRAF
Azərbaycan bu ilin birinci rübündə 633 milyon 758.67 min dollar dəyərində yeyinti məhsulları idxal edib.
Teleqraf xəbər verir ki, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 48 milyon 619,95 min dollar və ya 8,3 faiz çoxdur.
Azərbaycan 2024-cü ilin birinci rübündə 585 milyon 138.72 min dollar dəyərində yeyinti məhsulları idxal etmişdi.
Yeyinti məhsulları ümumi idxalın 11,19 faizinə bərabər olub.