BAKI, 19 aprel. TELEQRAF

Dövlət Neft Fondunun investisiya portfelinin coğrafi regionlar strukturunda dəyişiklik baş verib.

Teleqraf xəbər verir ki, Fondun açıqladığı hesabata görə, ötən ilin birinci rübü ilə müqayisədə Şimali Amerikanın payı 33,1 faizdən 26,2 faizə, Asiya ölkələrinin payı 14,4 faizdən 11,8 faizə enib.

Avropaya yatırım cüzi azalaraq 30,3 faizdən 29,8 faizə düşüb.

Latın Amerikanın və Avstraliya/Yeni Zellandiyanın payı isə dəyişməyib, müvafiq olaraq 0,1 və 0,7 faiz.

Ancaq Yaxın Şərqin payı 0,1 faizdən 0,8 faizə qədər artıb. Ötən ilin sonu ilə müqayisədə də Yaxın Şərqin payı 0,2 faiz çoxdur.