BAKI, 19 aprel. TELEQRAF
Azərbaycanda bu ilin birinci rübündə 1135,9 kq gümüş istehsal edilib.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı hesabata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,3 faiz çoxdur.
2024-cü ilin birinci rübündə 839,8 kq gümüş istehsal edilmişdi.
Komitənin məlumatına görə, bu il aprelin 1-nə hazır gümüş ehtiyatı 685,9 kq-dır.