BAKI, 18 aprel. TELEQRAF
Bu ilin yanvar-mart aylarında Azərbaycanda ehtiyat fondlarından 8,4 milyon manat istifadə olunub.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 6,8 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 1,6 milyon manat ayrılıb.