Cari ilin 1-ci rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 110,4 milyon manat, xarici dövlət borcu üzrə 376,3 milyon manat olmaqla ümumilikdə 486,7 milyon manatın ödənilməsi təmin edilib.

Teleqraf xəbər verir ki, xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5075,0 milyon ABŞ dolları olub.

2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil etmişdir.

Operativ məlumatlara əsasən daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 18001,3 milyon manat təşkil edib. Cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizi olub.