2025-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinin gəlirləri 9562,1 milyon manat proqnoza qarşı 9733,4 milyon manat və yaxud 171,3 milyon manat (1,8 faiz), 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 5,4 faiz və ya 499,2 milyon manat çox icra edilib. Bu cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 25,4 faizinə bərabər olmuşdur.
Teleqraf xəbər verir ki, bu baərdə Maliyyə Nazirliyinin məlumatına qeyd edilir.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,9 faiz çox icra edilməklə 6113,1 milyon manat təşkil etmişdir.
Dövlət büdcəsinin gəlirlərinin 4380,6 milyon manatı və ya 45,0 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 3620,3 milyon manatı və ya 37,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1430,5 milyon manatı və ya 14,7 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 136,7 milyon manatı və ya 1,4 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 10,4 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 154,9 milyon manatı və ya 1,6 faizi sair daxilolmaların payına düşür