BAKI, 18 aprel. TELEQRAF

Bu ilin birinci rübünə olan mailliyə göstəricilərinə əsasən Azərbaycanda banklar arasında ən çox mənfəəti “Azərbaycan Beynəlxalq Bankı” əldə edib

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının 2025-ci ilin birinci rübünün renkinq hesabatında qeyd edilib.

Hesabata görə, bank 65,7 milyon manat xalis mənfəət əldə edərək maliyyə qurumlarının siyahısında ilk pillədə qərarlaşıb.

İkinci sırada “Kapital Bank” ASC 54,9 milyon manat qazancla yer alıb. Üçüncü sırada 44 miyon manatla “Paşa Bank” ASC yer alıb. “Bank Respublika” ASC 14,5 milyon manatla mənfəət əldə edərək dördüncü yeri tutub. “Xalq Bank” ASC isə 11,9 milyon mənfəətlə siyahıda beşinci pillədə mövqe alıb.