BAKI, 18 aprel. TELEQRAF
Aprelin 20-də saat 00:00-dan etibarən Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, Akademik Həsən Əliyev küçəsi - “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, Mirzə Uluqbəy və Əhməd Rəcəbli küçələrində mərhələli şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və tikinti ərazilərində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
