
"İşğaldan azad olunmuş ərazilərdə mədəni irsə ağır ziyan dəyib".
Teleqraf xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəniyyətin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin şöbə müdiri Səbuhi Bəşirov işğaldan azad olunmuş ərazilərdə aparılan monitorinqlə bağlı açıqlamasında deyib.
Aparılan monitorinq nəticəsində 434 mədəniyyət abidəsinə müxtəlif dərəcədə ziyan dəydiyi müəyyən edilib. Onlardan 68 abidə tamamilə məhv edilib, 114 abidə isə qismən tələf olub.
Səbuhi Bəşirov həmçinin bildirib ki, abidələrə dəyən maddi ziyan hesablanıb və bu məbləğ 700 milyon manatdan artıqdır.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması və bərpası istiqamətində işlər davam etdirilir.