BAKI, 18 aprel. TELEQRAF

2025-ci ilin birinci rübü ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində təmin olunmuş istehlakçı müraciətlərinin sayında ötən ilin müvafiq dövrünə nəzərən 5 dəfədən çox artım qeydə alınıb.

Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Məlumata görə, cari ilin birinci rübü ərzində 221 istehlakçı müraciətləri təmin olunub, ötən ilin müvafiq dövründə isə bu göstərici 44 olub.