BAKI, 18 aprel. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan hökumətləri arasında təbii qaz sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Teleqraf xəbər verir ki, müvafiq qərar Türkiyə hökumətinin rəsmi nəşri olan “Resmi Gazete”də dərc olunub.
Saziş 2024-cü il mayın 14-də İstanbulda imzalanıb.