BAKI, 18 aprel. TELEQRAF
2024-cü ildə fiziki şəxslər 18 milyondan çox sadələşdirilmiş bəyannamə təqdim edib.
Teleqraf xəbər verir ki, bu açıqlamanı Dövlət Gömrük Komitəsinin Rəqəmsal İdarəetmə Baş İdarəsinin əməkdaşı Elgül Həsənli media nümayəndələri ilə görüşdə bildirib.
O əlavə edib ki, sadələşdirilmiş elektron bəyannamə fiziki şəxslərin ən çox isitifadə etdiyi xidmətlərdən biridir.
Komitə rəsmisi xatırladıb ki, sadələşdirilmiş bəyannamənin elektron tətbiqi üçün nəzərdə tutulan “Smart Customs” mobil tətbiqi 2022-ci ildən tətbiq edilir. O, bildirib ki, hazırda sözügedən tətbiqdə 12 elektron xidmət var və yaxın zamanda yeniləri əlavə olunacaq.