BAKI, 18 aprel. TELEQRAF
Gömrük əməliyyatlarında süni intelektin geniş tətbiqi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu açıqlamanı Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı media nümayəndələri ilə görüşdə bildirib.
O, qeyd edib ki, ötən il gömrük orqanlarında keçirilən 33 milyon sayda əməliyyatdan 99 faizi elektron qaydada həyata keirilib.