
BAKI, 17 aprel. TELEQRAF
Təhsil Tələbə Krediti Fondu kreditləri elə şəxslərə verib ki, onların son ödəmə tarixində 60, hətta daha yuxarı yaşları olacaq. Fonddan kredit alan həmin 13 nəfərdən 3-ü hətta son ödəniş tarixində pensiyaya çıxacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində qeyd olunub.
"Fondun maliyyә vәsaitlәrinin istifadә sәviyyәsini vә tәtbiq olunan sığorta mexanizmlәrini diqqәtә alsaq, kredit alanların yaşı ilә bağlı hәr hansı bir mәhdudiyyәtin nәzәrә alınması zәrurәti olmasa da, ictimai faydanın formalaşdırılması vә әmәk bazarında iştirak müddәti baxımından yuxarıda göstәrilәn amillәrlә birgә belә bir mәhdudiyyәtin müәyyәnlәşdirilmәsinin gәlәcәkdә zәruri yanaşma kimi formalaşdıracağı qәnaәtindәyik", - deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, təhsil tələbə kreditinin verilmə müddəti tələbənin cari təhsil səviyyəsindən, Nazirlər Kabinetinin müvafiq qərarı ilə verilən güzəşt və möhlət dövrlərindən asılıdır. Məsələn, bakalavriat səviyyəsində 14-22 il, magistratura səviyyəsində 12-18 il, orta ixtisas və peşə təhsili pillələrində isə 12-19 il ola bilər.