BAKI, 17 aprel. TELEQRAF

Bakı şәhәrindә keçirilәn 74-cü Beynәlxalq Astronavtika Konqresinin iştirakçılarına ziyafәt vә hәdiyyәlәrin verilmәsi zamanı Azərbaycan Kosmik Agentliyi Nazirlәr Kabinetinin müvafiq qərarlarına əməl etməyib. Ümumilikdә 451 halda 154,1 min manat (ӘDV daxil) mәblәğindә normadan artıq hәdiyyә alışı ilә bağlı xәrcә yol verib.

Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatası Azərbaycan Kosmik Agentliyi (AZƏRKOSMOS) tərəfindən 2022-2023-cü illәr ərzində dövlət vəsaitinin və əmlakının istifadəsi və idarə edilməsinin hüquqi aktlara uyğunluğuna dair auditin nəticələrinə dair hesabatda qeyd edilib.

Bildirilib ki, Beynәlxalq Astronavtika Konqresinin keçirilmәsi mәqsәdlәri üçün alınmış 17,6 min manat mәblәğindә tәsәrrüfat inventarları vә 90,9 min manat mәblәğindә “mәlumatlandırıcı çöl nişanları”, 3,0 min manat mәblәğindә avadanlıq, 0,5 min manat mәblәğindә inventarın (әvәzlәşdirilә bilәn ӘDV mәblәği çıxılmaqla), Azәrbaycanın kosmik sahәdә fәaliyyәti ilә әlaqәdar satınalınmış “audiovizual әsәr” üçün dövlәt büdcәsindәn ayrılan vәsaitlәrdәn ödәnilmiş 13,5 min manat ӘDV mәblәğinin kapitallaşdırılaraq uzunmüddәtli vә qısamüddәtli aktivlәr hesablarında uçota alınması tәmin edilmәyib. Onların dәyәri maliyyә hesabatında xәrc kimi tanınıb.

Eyni zamanda, Beynәlxalq Astronavtika Konqresi iştirakçıları üçün alınmış 315,0 min manat mәblәğindә 5451 әdәd hәdiyyәnin, 133,8 min manat mәblәğindә promo mәhsulların, 2022-ci ildә 3,9 min manat mәblәğindә, 2023-cü ildә 23,0 min manat mәblәğindә dәftәrxana lәvazimatlarının, 2023-cü ildә 17,7 min manat mәblәğindә çap mәhsullarının paylanıldığına dair tәsdiqedici sәnәdlәr olmadan onların dәyәri elektron qaimәlәr әsasında xәrc kimi tanınıb.