BAKI, 17 aprel. TELEQRAF

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri artıb.

Teleqraf xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında qeyd edib.

2025-ci ilin I rübündə Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artaraq 823,5 milyon manat təşkil edib.