BAKI, 17 aprel. TELEQRAF

İlin birinci rübündə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarının payı daha çox olub.

Teleqraf xəbər verir ki, 62 milyard 449,5 milyon ABŞ dolları olan portfelin 41 milyard 274,7 milyon dolları bu valyutada yerləşdirilmiş vəsaitlərdir. Bu da portfelin 66,1 faizi deməkdir.

Portfeldə avronun payı 12 milyard 218,5 milyon (21,4%), İngilis funt sterlinqi 2 milyard 430,8 milyon (5,1%), Çin yuanı 11 milyon 275,7 min (2,5%), Yapon yeni 122 milyon 914,6 min (1,3%), digər valyutalar isə 2 milyon 282,2 min dollar (3,6%) olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə fondun cəmi investisiya portfeli 57 milyard 014,1 milyon dollar olub. Portfelin 69,5%-i dollarda yerləşdirilmiş vəsaitlərdir.