BAKI, 17 aprel. TELEQRAF

Heydər Əliyev Mərkəzi "Senapt Commercial Brokers" LLC ilə 4 milyon 963 min 990 manatlıq satınalma müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, müqaviləyə əsasən, şirkət bu məbləğə "Osaka, Kansai Ekspo 2025" ümumdünya sərgisində Azərbaycan pavilyonunun idarəedilməsi üzrə xidmətləri həyata keçirəcək.

Müvafiq işlərin görülməsinə martın 19-da başlanılıb, bu ilin sonuna qədər isə bitməyi planalşdırılır.

Qeyd edək ki, "Osaka, Kansai Ekspo 2025" ümumdünya sərgisinin açılışı 4 gün əvvəl, yəni, bu ayın 13-də baş tutub, sərginin bitmə tarixi isə oktyabrın 10-dur.