BAKI, 17 aprel. TELEQRAF

Hesablama Palatası “Kliniki Tibbi Mәrkәz” publik hüquqi şәxsә ayrılmış dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının auditinin nәticәlәrini açıqılayıb.

Teleqraf xəbər verir ki, sənəddə xәstәxana tәrәfindәn smetaların tәrtibi prosesindә funksional fәaliyyәti әhatә edәn amillәrin vә tәsiredici faktorlar nəzərə alınmayıb. Bәzi hallarda daha çox dövlәt vәsaiti üzrә tәlәbatın formalaşması, elәcә dә bir sıra xәrclәrin hesabatlarda әks edilmәdәn icra edilib.

Belә ki, smetalara tibbi heyәt vә xarici ölkәdә tәhsil almış hәkim-mütәxәssislәr üzrә әlavәlәr, elәcә dә göstәrilәn digәr xidmәtlәrdәn әldә edilәn vәsaitlәr daxil edilmәyib. Bәzi hallarda Xәstәxananın strukturuna daxil olan bir tibb müәssisәsi üzrә tәsdiq olunmuş vәsaitlәrin bir hissәsinin digәr müәssisәnin xәrclәrinә yönәldilmәsi müәyyәn olunub.

Auditin әhatә etdiyi illәrdә çarpayı sayı demәk olar ki, dәyişmәz qalıb. 2022-ci ildә 1149 vahid, 2023-cü ildә isә 1199 vahid çarpayı mövcud olub. 2022-ci ildә yoluxucu xәstәliklәr üzrә 50 çarpayıdan istifadә olunmayıb. Bunun müqabilindә auditin әhatә etdiyi illәrdә ştat sayı 417 vahid vә ya 13,1% artaraq 3591,5 vahidә çatıb. Ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaradıb. Əmәyin ödәnişi xәrclәrinin icrası zamanı hüquqi aktların tәlәblәrinә tam riayәt edilmәmәsi, bu istiqamәtdә vәsaitlәrin düzgün idarә olunmaması artıq vәsait ödәnişi ilә yanaşı hesablanmış vә ödәnilmiş vәsaitlәr üzrә mәlumatlarda uyğunsuzluqlara yol açıb.

Әmәkdaşlara mәzuniyyәtdә, xәstәlikdә olduqları halda tam iş saatının yazılması, ixtisas dәrәcәsi olmadığı halda ixtisas dәrәcәsi ilә bağlı әlavәnin hesablanması, rezident tәlәbәlәrin rezidentlik müddәtinin bitmәsinә baxmayaraq tәhkim edilmiş hәkimә rezidentlәrә görә әlavәlәrin ödәnilmәsi, şöbә rәhbәrlәrinә icbari tibbi sığorta әlavәsinin artıq ödәnilmәsi, ödәnişsiz mәzuniyyәtdә olduğu halda mәzuniyyәt haqlarının ödәnilmәsi ilә vәsaitin artıq istifadәsinә yol verilib