BAKI, 17 aprel. TELEQRAF

2023-cü il әrzindә 1419 kredit müqavilәsi üzrә 155,5 mln. manat hәcmindә yeni kirayә müqavilәsi imzalansa da, İpoteka vә Kredit Zәmanәt Fondu әvvәlki illәrdә vә 2023-cü il әrzindә tәhvil alınmış 1161 mәnzilin kirayә verilmәsini tәmin etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində qeyd olunub.

Bildirilib ki, defolt olmuş sahibkarlıq subyektlәrinә Fond tәrәfindәn 3 halda cәmi 315128,09 manat mәblәğindә zәmanәt üzrә ödәniş edilib. 11749,97 manat vәsaitin qaytarılması tәmin edilib. 303378,12 manat vәsait isә qaytarılmayıb.

Fond tәrәfindәn likvid vәsaitlәrin yerlәşdirilmәsi zamanı zәruri iqtisadi tәhlillәrin vә risk qiymәtlәndirilmәsinin tam aparılmaması nәticәsindә vәsaitlәrin tәhlükәsizliyi tәmin edilməyib.

2023-cü ilin sonuna lәğv edilmiş bankda 5,0 mln. manat depozit vә 220,0 min manat hesablanmış, lakin ödәnilmәmiş faiz mәblәği qalaraq maliyyә itkilәri riski yaranıb.