BAKI, 17 aprel. TELEQRAF

Hesablama Palatası İpoteka Vә Kredit Zәmanәt Fondunda nöqsanlar aşkar edib.

Teleqraf xəbər verir ki, bu barədə Palatanın 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində qeyd olunub.

Bildirilib ki, Fond tərəfindən güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәyib, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilib.

Belә ki, 2009-2023-cü illәr әrzindә ümumilikdә 185,5 mln. manat vәsait daxil olub. Onun da 44,4 mln. manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129,4 mln. manatı Fondun emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilmiş, 11,7 mln. manatı isә hesablaşma hesabının qalığında qalıb.

Fondun Nizamnamәsinә әsasәn fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnib, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilib. Dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilməyib, qalıq vәsait Fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilib. Belә ki, 25,4 mln. manat vәsait Fondun istiqrazlarının geri alınması üçün istifadә edilib.

Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin Fondun hesabında qalmasına şәrait yaradıb. Eyni zamanda, sahibkarların kreditlәrinә görә faiz subsidiyalarının maliyyәlәşdirilmәsi üçün ayrılıb, lakin tam istifadә olunmamış vәsait dә Fondun likvid portfelinin formalaşmasına yönәldilib.

Palatanın hesabatında qeyd edilib ki, Müvәkkil Kredit Tәşkilatlarına ayrılmış limitlәrin tam icra edilmәmәsi, limitlәr üzrә icra mexanizmlәrinin müfәssәl olmaması yeni mexanizimlәrin tәdbiqini zәruri edib.

Dövlәt büdcәsindәn ayrılmış vәsaitlәr qanunvericiliyin tәlәbinә uyğun olaraq güzәştli ipoteka kreditlәrinin maliyyәlәşdirilmәsinә yönәldilmәli olduğu halda, fond tәrәfindәn güzәştli kreditlәrin 62,3%-i ipoteka istiqrazlarının örtüyü kimi istifadә edilib. Fond mәnzil fondunun maliyyәlәşdirilmәsindә yalnız kapitalı vә istiqrazları deyil, hәmçinin ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazlarının daxilolmalarını da istifadә edib.

Bu da tәlәbatı çox olan adi ipoteka kreditlәrinin mәhdudlaşmasına şәrait yaradıb. Belә ki, 31.12.2023-cü il tarixinә mәnzil fondunun formalaşdırılması üçün cәmi 740,9 mln. manat vәsait yönәldilib. Bu mәblәğin 597,6 mln. manatı cәlb edilmiş vәsaitlәr, o cümlәdәn 217,6 mln. manat ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazları üzrә daxilolmalar hesabına tәmin olunub.