BAKI, 17 aprel. TELEQRAF
Aprelin 1-nə Dövlət Neft Fondunun investisiya portfelinin 25,8%-i qızılın payına düşüb.
Teleqraf xəbər verir ki, fondun portfelində 165,3 ton qızıl var.
İnvestisiya portfelinin 6,8%-ni daşınmaz əmlak təşkil edir.
Xatırladaq ki, ötən ilin birinci rübündə Neft Fondunun investisiya portfelinin 13,2%-i qızılın payına düşüb. Hesabat dövründə portfeldə 104,6 ton qızıl olub.