BAKI, 17 aprel. TELEQRAF

2025-ci ilin ilk 3 ayında Azərbaycandan 3 milyard 336 milyon 653.50 min ABŞ dolları dəyərində 6 milyon 11 min 561.25 ton xam neft və xam neft məhsulları ixrac edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xam neft və xam neft məhsulları ixrac həcmi 7,34% artıb. Dəyər ifadəsinə isə 4,40% azalıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin “Xarici Ticarətin Gömrük Statistikası” hesabatında qeyd edilib.

Məlumata görə, hesabat dövründə bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 52,25%-ni təşkil edib.