BAKI, 14 aprel. TELEQRAF

Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Partizan Məmməd Bağırovun ev muzeyinin bədii-tərtibat xidmətlərini həyata keçirəcək.

Teleqraf xəbər verir ki, qurum bu iş üçün 117 min 767 manat vəsait ayırmağı planlaşdırır.

Elan edilmiş müsabiqədə iştirak etmək üçün 250 AZN tələb olunur.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi isə mayın 6-dır.