BAKI, 11 aprel. TELEQRAF

2024-cü ildə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,6 milyon ton təşkil edib. Beləliklə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 2023-cü ildəki göstərici ilə müqayisədə 1,2 milyon ton və ya 6,7% azalıb.

Teleqraf xəbər verir ki, ixrac həcmlərinə şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ötən il ölkə üzrə təbii qaz ixracı isə 6% artaraq 25,3 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 1,7% artaraq 13,7 milyard kubmetr təşkil edib.