BAKI, 11 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 342,5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, 2024-cü ilin ilk rübü ilə müqayisədə 9,1 faiz çoxdur.

Ötən 3 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatlarının payına düşüb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 milyard manatlıq, o cümlədən 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.