BAKI, 11 aprel. TELEQRAF

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manat vergi daxil olub.

Dövlət Vergi Xidmətindən Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 4,6 milyon manat çoxdur.

Qeyd edək ki, ödənilən vergilərin 63,8 faizi qeyri-dövlət sektorunun, 36,2 faizi isə dövlət sektorunun payına düşüb.