BAKI, 11 aprel. TELEQRAF

Bu ilin mart ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 71 773 bilet əldə edilib.

Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 311 reys olmaqla 357 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.