BAKI, 10 aprel. TELEQRAF

Azərbaycanın Mərkəzi Bankı elektron pul təşkilatı “Paysis” MMC-yə məcburi göstəriş verib.

Teleqraf xəbər verir ki, Mərkəzi Bank “Paysis” MMC-də aparılan ödəniş əməliyyatlarının təhlükəsizliyinin təmin olunmasını və təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasını yoxlayıb.

“Paysis” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” qanunun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 63.1-ci maddələrinə əsasən “Paysis” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.