BAKI, 10 aprel. TELEQRAF

Bu ilin birinci rübündə Türkiyənin Ermənistana ixracı 106,47 min dollar olub.

Teleqraf xəbər verir ki, Türkiyə İxracatçılar Məclisinin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 14,4 faiz azdır.

2024-cü ilin birinci rübündə bu rəqəm 124.44 min dollar olmuşdu.

Ümumilikdə isə, Türkiyə bu ilin yanvar-mart aylarında qonşuları Bolqarıstan, Ermənistan, Gürcüstan, İraq, İran, Suriya və Yunanıstana 6 milyard 243 milyon 71 min dollarlıq məhsul ixrac edib.