BAKI, 10 aprel. TELEQRAF

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlar tərəfindən verilmiş 1991 icazə reyestrdə qeydiyyata alınıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyindən Teleqraf-a verilən məlumata görə, qeydiyyata alınan icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 dəfə, verilən icazələrdən büdcəyə daxilolmalar isə 2,6 dəfə artıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasında özəl sektorun inkişafı, Naxçıvan məhsullarının ixrac imkanlarının genişləndirilməsi istiqamətində sahibkarlara 74 mənşə sertifikatı, 7 lisenziya verilib.

Xatırladaq ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 97 lisenziya verilib, büdcəyə 53,3 min manat vəsait ödənilib. Reyestrdə qeydiyyata alınan Naxçıvan MR-ın müvafiq qurumları tərəfindən verilmiş icazələrin sayı isə 5374 olub.