BAKI, 10 aprel. TELEQRAF
Türkiyə Somalidə 16 min kvadrat kilometrlik üç sahədə neft və qaz axtarışı fəaliyyətlərinə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ankarada Türkiyə Neft Şirkəti (TPAO) ilə Somali neft qurumu arasında müqavilə imzalanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar və Somalinin neft və mədən ehtiyatları naziri Dahir Shire Mohamed “Türkiyə və Somali arasında Somali quru sahələrində karbohidrogen axtarışı və hasilatı üzrə anlaşmanın imzalanma mərasimi”ndə çıxış ediblər.
Mövzu ilə bağlı danışan Bayraktar Türkiyə Neft Şirkətinin qarşıdakı aylarda Somali ərazisindəki üç quru sahəsində neft və qaz axtarışı fəaliyyətlərinə başlayacağını bildirib.