BAKI, 10 aprel. TELEQRAF
"Avropa İttifaqı ABŞ-a qarşı yeni tariflər hazırlamağa davam edəcək. Lakin "danışıqlara şans vermək" üçün tarifləri 90 gün müddətinə dondurur".
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen "X" platformasında paylaşım edib.
"Prezident Donald Trampın açıqlamasını nəzərə aldıq. Danışıqlara şans vermək istəyirik. Aİ ölkələrindən güclü dəstək alan əks tədbirlərimizi yekunlaşdırmağa davam edirik, lakin biz onları 90 gün müddətinə dondururuq. Danışıqlar qənaətbəxş nəticə verməsə, tariflər tətbiq olunacaq",-deyə o, paylaşımında yazıb.