BAKI, 22 mart. TELEQRAF

Naxçıvan Dövlət Universiteti avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderdə 10 tonluq su tankeri və 18+1 yerlik VİP nəqliyyat vasitəsinin satın alınması nəzərdə tutulur.

Tenderin ehtimal olunan qiyməti 398 min 500 manat təşkil edir.

Müsabiqədə iştirak haqqı isə 350 AZN-dir.

Təkliflərin son təqdimolunma tarixi aprelin 2-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Qeyd edək ki, müsabiqədə iştirak, qiymətləndirmə və digər prosedurlar elektron qaydada portal vasitəsilə aparılacaq.