BAKI, 11 mart. TELEQRAF
Kənd Təsərrüfatı Nazirliyi Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) damlarında aparılacaq cari təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tender çərçivəsində Samux, Lerik, Tovuz, Quba, Astara və Yardımlı rayonlarında yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzlərinin dam örtüklərində təmir işləri aparılacaq. Təmir işləri FORM-2 sənədində göstərilən iş həcmləri cədvəlinə uyğun həyata keçiriləcək. Tenderin ehtimal olunan ümumi dəyəri 199.061,72 AZN-dir. İştirak haqqı isə 250 AZN təşkil edir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi 18 aprelədəkdir. Zərflər də həmin gün açılacaq.