BAKI, 17 fevral. TELEQRAF
OPEC nümayəndələri ABŞ Prezidenti Donald Trampın neftin qiymətinin endirilməsi ilə bağlı çağırışlarına baxmayaraq, aprelə planlaşdırılan tədarük artımını təxirə salmağa hazırlaşır.
"Bloomberg"in məlumatına görə, qərarla bağlı müzakirələr yaxın həftələrdə yekunlaşa bilər. Söhbət gündəlik 120,000 barel artımın təxirə salınmasından gedir.
Bu, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi alyansın 2022-ci ildən bəri məhdudlaşdırılan hasilat həcmlərini canlandırmaq planlarının dördüncü dəfə təxirə salınması deməkdir. Proqram 2026-cı ilin sonunadək aylıq artıma getməklə ümumi hasilatı gündəlik 2,2 milyon barrel səviyyəsinə çatdırmağı hədəfləyirdi.
Qeyd edək ki, Tramp Neft İxrac Edən Ölkələr Təşkilatına qiymətləri aşağı salmaqla bağlı çağırış edib. Bildirib ki, neftin hazırkı qiyməti bir çox OPEC üzvündə hökumət xərclərini ödəmək üçün kifayət edir.
Enerji Agentliyinə görə, OPEC+ hasilatı dəyişməz saxlasa belə, bu il qlobal tədarük yenə də tələbi orta hesabla 450 min barel üstələyəcək. "JPMorgan Chase & Co." və "Citigroup Inc." 2025-ci ilin sonuna qədər qiymətlərin 60 dollara düşəcəyini proqnozlaşdırırlar.