BAKI, 6 mart. TELEQRAF
Dövlət Mülki Aviasiya Agentliyi Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) “Naxçıvan” Beynəlxalq Hava Limanına edilən dron hücumu ilə bağlı ilkin hesabat göndərib.
Bu barədə Teleqraf-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – “Aviasiya təhlükəsizliyi” sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat ICAO-ya göndərilməlidir.
Xatırladaq ki, ötən gün İran ərazisindən Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.