BAKI, 5 mart. TELEQRAF
2026-cı ildə qlobal rəqəmsal iqtisadiyyatın həcminin 28 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” adlı forumda çıxışı zamanı deyib.
O bildirib ki, mövcud olan qlobal ümumidaxili məhsulun təqribən 22%-nə bərabərdir:
“Bir neçə ildən sonra, yəni 40-cı illərə qədər bu rəqəmin 40%-ə qədər artacağı planlaşdırılır. Gördüyünüz kimi, rəqəmsal iqtisadiyyat dedikdə sadəcə iqtisadiyyatın rəqəmsallaşması deyil, infrastruktur, data mərkəzləri, onları enerji ilə təəmmül edən avadanlıqlar, enerji, onları soyutmaq üçün istifadə olunan su, insan kapitalı, maliyyə əlçatanlığı və digər ekosistemin komponentləri vəhdət şəkilində bir yerdə çalışarsa, dəyər əldə etmək mümkün olur”.